Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Beynəlxalq Ana Dili Gününü internat məktəbində qeyd ediblər
21.02.2018 09:06
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Beynəlxalq Ana Dili Gününü internat məktəbində qeyd ediblər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları 21 fevral - Beynəlxalq Ana Dili Gününü Bilgəh qəsəbəsindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə birlikdə qeyd ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni və ümummilli lider Heydər Əliyevin ana dili haqqında fikirləri səsləndirilib.

Məktəbin direktoru Gülnarə Abdullayeva rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində yaradılmış təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova 11 nömrəli internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə, yaradıcılığa önəm verildiyini, şagirdlərin təhsil mütəxəssisləri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunduqlarını xüsusi vurğulayıb.

Şagirdlər Azərbaycanın görkəmli ədib və şairlərinin ana dilimizə həsr etdikləri şeirləri səsləndirib, Məmməd Səid Ordubadinin “Ana dili”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərlərindən parçalar göstəriblər.

Sonda MEK-in əməkdaşları iştirakçılara dünya və Azərbaycan ədəbiyyatından kitablar hədiyyə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: