Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2014 00:00
  • A-
  • A
  • A+

“Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda ümuminstitut seminarı keçirilib

“Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda ümuminstitut seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Vaqif Quliyev məruzə ilə çıxış edib.

Tədqiqatlar zamanı lokal tipli Morri fəzalarında həqiqi analizin inteqral operatorlarının məhdudluğu üçün parametrlər üzərinə zəruri və kafi şərtlər tapılıb. Bu nəticələr qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının məhdudluğu üçün parametrlər üzərinə kafi şərtlər tapılmasına imkan verib.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: