Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemlərinə həsr olunan yeni nəşr
28.02.2018 15:07
  • A-
  • A
  • A+

Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemlərinə həsr olunan yeni nəşr

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemləri” adlı kitab çapdan çıxıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan kitabda Azərbaycanın təsərrüfat strukturunda yüngül sənayenin yeri, onun yerləşməsinin əsas prinsipləri, tarixi dövrlər ərzində yüngül sənayenin inkişafının əsas mərhələləri iqtisadi-coğrafi baxımdan araşdırılıb, eləcə də yüngül sənaye obyektlərinin ərazi təşkilinə kənd təsərrüfatının təsiri və bu sahənin aqrar sənaye kompleksində yeri öyrənilməklə, onun təbii və kimyəvi xammal bazası geniş təhlil edilib. Həmçinin, yüngül sənayenin müasir inkişaf xüsusiyyətləri və sahə strukturu, ərazi təşkilinin regional-coğrafi problemləri elmi-nəzəri və metodiki əsaslarla qiymətləndirilib.

Kitab iqtisadi və sosial coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: