Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mikrobiologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə Gününə dair tədbir keçirilib
01.03.2018 12:56
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə Gününə dair tədbir keçirilib

Bu gün AMEA Mikrobiologiya  İnstitutunda 1mart - Ümumdünya Mülkü Müdafiə Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə bu elm müəssisəsinin mülki müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov çıxış edərək bu günün mahiyyətindən söz açıb. Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən bütün ölkələrdə martın 1-i Dünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olub. B.Yunusov mülki müdafiə orqanlarının qarşısında duran əsas vəzifələrin əhalinin mühafizəsinin təşkili, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının təmini olduğunu söyləyib.

Diqqətə çatdırılıb ki, mülki müdafiənin əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması və bu istiqamətdə profilaktik tədbirlər planı həyata keçirərək maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının anında alınmasında qabaqlayıcı tədbirlərin görülməsidir. Bütövlükdə Ümumdünya Mülki Müdafiə Günü tədbirlər planına uyğun olaraq mütəşəkkil aparılmış, aktual olan mövzu üzrə işçilərin maariflənməsinə xidmət edir.

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: