Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Hüseyn Cavidin Ev Muzeyində məktəblilər üçün açıq dərs keçirilib
01.03.2018 13:29
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində məktəblilər üçün açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri üçün açıq dərs təşkil olunub. 

Açıq dərsdə məktəblilərə görkəmli dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verilib. Bundan əlavə, muzey tərəfindən nəşr olunan “Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitablarından bəhs edilib.

Sonda şagirdlər muzeyin zəngin ekspozisiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: