Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib
05.03.2018 13:26
  • A-
  • A
  • A+

Tarix Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri  üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

İclası şuranın sədri, akademik Şahin Mustafayev açaraq ölkədə tarix elmi sahəsində tədqiq olunan problemlərin aktuallığına və elmi dəyərinə, xüsusilə dissertasiya mövzularının müasir tarix elminin inkişaf tələblərinə cavab verməsinə nəzarətin şuranın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, şura bu sahədə öz fəaliyyətini gücləndirərək, tarix elmi qarşısında duran və tədqiqinə ehtiyac duyulan prioritet problemlərin və mövzuların müəyyənləşdirilməsinə diqqəti artırmalı və xüsusilə gənc alimlərə tövsiyələrini bildirməlidir.

Daha sonra "Vətən tarixi", "Ümumi tarix", "Arxeologiya", "Etnoqrafiya və etnologiya", "Beynəlxalq münasibətlər tarixi" ixtisasları üzrə təqdim olunmuş 3-ü elmlər, 17-si fəlsəfə doktorluğu olmaqla 20 dissertasiya mövzusu müzakirə edilib. Onlardan 19-u tövsiyələr edilərək təsdiqlənib, 1 mövzu isə geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: