Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Muzeydə şagirdlər üçün “açıq dərs” təşkil olunub
06.03.2018 09:48
  • A-
  • A
  • A+

Muzeydə şagirdlər üçün “açıq dərs” təşkil olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhər 6 nömrəli məktəb-liseyin şagirdləri üçün açıq dərs təşkil olunub.

Açıq dərsdə məktəblilərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib. Bundan əlavə, açıq dərsdə H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, eləcə də muzeyin nəşrləri - “Cavidşünaslıq” araşdırmalar toplusu, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” barədə də danışılıb.

Daha sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: