www.science.az
07.03.2018 12:58

“Zəlzələ zamanı davranış qaydaları”na dair təlim keçirilib

Xəzər Universiteti nəzdində “Dünya məktəbi”nin şagirdləri AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

RSXM-in Monitorinq mərkəzi ilə tanış olan şagirdlərə zəlzələ zamanı davranış qaydalarına dair təlim keçirilib. Təlimi Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova və Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşı Yeganə Muradova keçiblər.

Təlim zamanı şagirdləri maraqlandıran suallar cavalandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.