Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar
07.03.2018 14:06
  • A-
  • A
  • A+

İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar

İranın Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin sədri Seyyid Haşimi Musəvinin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi naliyyətlər və iranşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib. G.Baxşəliyeva iki müəssisə arasında elmi əlaqələrin genişlənməsinin alimlər üçün faydalı olacağını bildirib.

İranlı alimlər isə öz tədqiqatlarından söz açıb, birgə araşdırmalar aparmaq niyyətində olduqlarını qeyd ediblər.

Sonda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: