www.science.az
09.03.2018 09:54

Alimlər cəmi 280 nəfərin danışdığı yeni dil aşkarlayıblar

Cənub-Şərqi Asiyada, Malay yarımadasında yeni danışıq dili aşkarlanıb.

korrespondent.net saytı xəbər verir ki, İsveçdəki Lund Universitetinin alimləri tərəfindən aşkarlanan bu dilə “Jedek” adı verilib. “Jedek” Avstraliya dil ailəsinə aiddir və onu Malayziyanın şimal yarımadasında yaşayan 280 nəfər işlədir.

Hazırda dünyada təxminən 6 min dildən istifadə edilir. Dünya əhalisinin təxminən 80 faizi ən geniş yayılmış dillərdə, 20 faizi isə az istifadə olunan 3600 dildə danışır. Tədqiqatçıların fikrincə, 100 ildən sonra dünya dillərinin təxminən yarısı sıradan çıxacaq.