AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir.
Belə ki, muzeyə Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (v. 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib. Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar muzeyin Numizmatika fonduna təhvil verilib.
Sikkələr dövrün tədqiqatı baxımından mühüm əhəmiyyətə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.