Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Beynəlxalq Muğam Festivalı çərçivəsində “Bayatı- Şiraz” muğamı səslənib
13.03.2018 12:56
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Festivalı çərçivəsində “Bayatı- Şiraz” muğamı səslənib

Ölkəmizdə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində növbəti muğam axşamı təşkil olunub. Gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

Gənc ifaçını Rövşən Qurbanovun bədii rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.

Qeyd edək ki, yeddi əsas muğam dəstgahından biri olan “Bayatı –Şiraz”ı Üzeyir Hacıbəyli emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.

"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.

Qeyd edək ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: