Martın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası təqdim olunub.
Operanın nümayişi Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və AMEA-nın təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb. Mənalı, cəlbedici, dramatik səhnələri olan tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, “Şah İsmayıl” operası ilk dəfə səhnəyə 1919-cu ildə qoyulub. Tarixi-əfsanəvi mövzuda yazılmış operanın libretto müəllifi Mirzə Qədir İsmayılovdur. İlk tamaşada orkestri bəstəkarın özü – Müslüm Maqomayev idarə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.