Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində" kitabı işıq üzü görüb
27.03.2018 10:41
  • A-
  • A
  • A+

"Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində" kitabı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun müəllifi olduğu "Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində" kitabı çapdan çıxıb.

Kitabda müəllifin ölkənin aparıcı KİV-lərində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında dərc edilən məqalələrinin bir qismi yer alıb. Bundan əlavə, muxtar respublikada əmək ehtiyatlarından istifadə məsələləri, işsizliyin azaldılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf mexanizmləri, bölgənin turizm perspektivləri, iqtisadiyyatın sahə strukturunun əlaqəli inkişafı və bir çox aktual tədbirlərin həyata keçirilməsində dövlət siyasətinin səmrəliliyindən söz açılıb.

Vəsaitdə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri diaqramlar və təhlil nəticələrini əks etdirən şəkillərlə oxuculara çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: