Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
27.03.2018 15:03
  • A-
  • A
  • A+

Akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 24-dən 26-dək AMEA-nın Fizika İnstitutunda Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan “Kondensə olunmuş hal fizikasının müasir tendensiyası (MT CMP 2018)” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamına əsasən təşkil ediləcək.

Konfrans üçün tezislər iyulun 1-nə, məruzələr isə avqustun 1-nə kimi qəbul edilir. Ətraflı məlumat üçün MTCMP2018@physics.science.az elektron ünvanına müraciət etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: