Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Şeyx Sənan” – Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciə” mövzusunda tədbir keçirilib
01.04.2018 11:08
  • A-
  • A
  • A+

“Şeyx Sənan” – Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciə” mövzusunda tədbir keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin yazılmasının 105, ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibətilə “Şeyx Sənan” – Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciə” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Şeyx Sənan” faciəsində dünyəvi və ilahi eşqin təqdimi” mövzusunda məruzə edib. Alim vurğulayıb ki, Hüseyn Cavid “Şeyx Sənan” əsərində klassik ədəbiyyatdan və folklordan da bəhrələnməklə çox gözəl bir məhəbbət dastanı yaratmağa nail olub.

Sonra elmi işçi Sərvər Şirinovun “Şeyx Sənan” və multikulturalizm” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Hüseyn Cavidin “Şeyx Sənan” əsəri multikulturalizm baxımından böyük əhəmiyyət kəsb edir. Böyük sənətkar multikultural dəyərlərə sadiq qalmaq kimi ülvi idealları əsərdə orijinal formada canlandırıb.

Tədbir iştirakçıları “Şeyx Sənan” əsəri ilə bağlı eksponatlardan ibarət sərgi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: