Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Geomorfoloji oçerklər” kitabı çapdan çıxıb
01.04.2018 10:33
  • A-
  • A
  • A+

“Geomorfoloji oçerklər” kitabı çapdan çıxıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin baş elmi işçisi, coğrafiya elmləri doktoru Hüseyn Xəlilovun rus dilində “Geomorfoloji oçerklər” kitabı çapdan çıxıb.

Kitabda müəllifin 46 il ərzində (1970-cu ildən 2017-ci ilədək) müxtəlif elmi jurnal və tematik məcmuələrdə rus dilində nəşr olunmuş məqalələri xronoloji qaydada öz əksini tapıb. Həmçinin geomorfologiyanın nəzəri və tətbiqi aspektlərinin müxtəlif məsələləri nəzərdən keçirilib.

Yeni nəşr Azərbaycanda geomorfologiya elminin inkişaf meyilləri barədə ümumi təsəvvür yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: