Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qədim dillər üzrə biblioqrafiya” kitabı çapdan çıxıb
02.04.2018 11:10
  • A-
  • A
  • A+

“Qədim dillər üzrə biblioqrafiya” kitabı çapdan çıxıb

“Qədim dillər üzrə biblioqrafiya” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Biblioqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb.

Nəşrdə qədim dillərin tədqiqi və tədrisi üçün lazım olan mənbələrin və zəngin elmi ədəbiyyatın siyahısı verilib. Dilçi alimlər üçün tərtib edilmiş biblioqrafiya sanskrit, iber, alban dillərini, Şumer, Elam, Akkad, Assur, Xett, Xatti və s. mixiyazılı abidələri əhatə edir.

Sanskrit dili üzrə biblioqrafiyanı fil.ü.e.d. İlham Tahirov, Urartu, alban, H' ay və iber dilləri üzrə fil.ü.e.d. İlhami Cəfərsoy, pəhləvi dili üzrə fil.ü.f.d. Günel Orucova, qədim Kiçik Asiya dilləri, elam, akkad və assur dilləri üzrə elmi işçi Aysel Əhmədova, şumer dili üzrə isə elmi işçi Rəxşanə Babazadə hazırlayıb.

Kitab qədim dilləri öyrənən doktorant və magistrantlar, həmçinin linqvistik tədqiqatla məşğul olan alimlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: