Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
04.04.2018 12:47
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

İyunun 27-dən 30-dək Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşki­lat­çılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunacaq.

Konfransda iştirak etmək istəyənlər məqalələrini (8-10 səhifə həcmində) mayın 10-dək cumhuriyyetkonfransi@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məqalələrin tərtibatına dair tələblər:

- məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və Təşkilat Komitəsinə göndərilməlidir;

- məqalənin mətni Microsoft Word 2007-2010-da, Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır;

- məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək. 

Daha ətraflı məlumatı Təşkilat Komitəsindən əldə etmək olar.

Telefon: (+994 12) 539 36 15, 539 36 19.

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 115. AMEA-nın Əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: