Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Şamaxı dəfinəsi maraqlı tarixi faktları açıqlayır
10.04.2018 10:38
  • A-
  • A
  • A+

Şamaxı dəfinəsi maraqlı tarixi faktları açıqlayır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinə Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilib. 

21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin Bərpa laboratoriyasına göndərilib. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub.

Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu – XI əsrin əvvəllərinə aid şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: