Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb
12.04.2018 09:08
  • A-
  • A
  • A+

“Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə hazırlanan “Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.

İldə dörd dəfə çap olunan jurnalın yeni sayı İctimai və humanitar elmlər seriyasıdır.

Nəşrin Tarix, Arxeologiya və etnoqrafiya, Azərbaycan dili, Folklor və ədəbiyyat, İncəsənət, İqtisadiyyat adlı bölmələrində 45 müəllifin müxtəlif səpkili mövzuları əhatə edən elmi məqalələri yer alıb. Belə ki, jurnalda “Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair”, “2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı-Naxçıvan şəhəri”, “Naxçıvan təpə yaşayış yerində arxeoloji qazıntılar”, “Naxçıvan dialekt və şivələrində işlənilən bəzi köməkçi nitq hissələri haqqında”, “Naxçıvan yallıları: Köçəri yallısı”, “Qastronomiya turizminin Naxçıvan Muxtar Respublikasında inkişaf perspektivləri” və digər başlıqlı məqalələr dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: