Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Gəncə Bölməsi Polimer Materialları İnstitutu ilə əməkdaşlıq edəcək
12.04.2018 08:46
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsi Polimer Materialları İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın Gəncə Bölməsi ilə Polimer Materialları İnstitutu (PMİ) arasında əməkdaşlıq müqaviləsi  imzalanıb.

Sənədi Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov imzalayıblar.

Beş il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən, tərəflər birgə elmi-tədqiqat işləri, akademik araşdırma və informasiya mübadilələri aparacaq, gənc kadrlar hazırlayacaq, elmi əsərlər, məqalə və monoqrafiyalar nəşr etdirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: