Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Aşıq yaradıcılığına həsr olunan “Dastan gecələri” layihəsi baş tutacaq
12.04.2018 13:30
  • A-
  • A
  • A+

Aşıq yaradıcılığına həsr olunan “Dastan gecələri” layihəsi baş tutacaq

Aprelin 18-dən etibarən AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Dastan gecələri” adlı yeni layihə baş tutacaq.

Beynəlxalq Muğam Mərkəzində reallaşacaq layihə şifahi xalq ədəbiyyatının ən önəmli sahələrindən olan aşıq yaradıcılığı və şifahi poeziya nümunələrini özündə birləşdirir.

Layihə çərçivəsində müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında Azərbaycan dastanlarından bəzi nümunələr sənətsevərlərə təqdim olunacaq.

Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir.

Qeyd edək ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Bu sənət tarixi inkişafında müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: