Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.04.2018 13:00
  • A-
  • A
  • A+

Tibb işçiləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində olublar

Tibb işçiləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində olublar

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində olublar.

Şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı muzeyin tarixi, fəaliyyət istiqamətləri haqqında tibb işçilərinə geniş məlumat verib və yenidən qurulmuş filialın ekspozisiyalarını onlara təqdim edib.

Daha sonra qonaqlar muzeyin şöbələrində Kitabi-Dədə Qorqud dastanı, VIII əsrdən başlayaraq formalaşan ərəbdilli ədəbiyyat, XII əsr intibah dövrünün nümayəndələri, farsdilli, eləcə də Şirvanşahlar və Atabəylər hakimiyyəti dövrü ədəbiyyatı ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: