Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Amerikalı alim Arxeologiya və Etnoqrafiya İnstitutunda olub
16.04.2018 09:58
  • A-
  • A
  • A+

Amerikalı alim Arxeologiya və Etnoqrafiya İnstitutunda olub

ABŞ-ın Arizona Dövlət Universitetinin və Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Valter Krist AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda olub.

İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli ilə görüşən amerikalı alim bildirib ki, qədim stolüstü oyunların Mesopotamiyanın mədəni təsiri nəticəsində Azərbaycanda da geniş yayılması ehtimal olunur.

Görüş zamanı qonağın növbəti həftələrdə institutun elmi şurasında təqdimatla çıxış etməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, Misir, Mesopotamiya və antik Yunan mədəniyyətləri üzrə ixtisaslaşan Valter Krist bu qədim sivilizasiya mərkəzlərində stolüstü oyunların tarixini araşdırır və mövzu üzrə bir sıra elmi əsərlərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: