www.science.az
16.04.2018 11:48

“Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə ilberallığın tarazlığı” adlı monoqrafiya çap olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mayis Gülalıyevin “Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə ilberallığın tarazlığı” adlı monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru institutun direktoru, professor Nazim İmanov,  rəyçiləri professor Tərbiz Əliyev və iqtisad elmləri doktoru Fuad Qənbərovdur.

Monoqrafiya xarici iqtisadi əlaqələrin dörd əsas komponentinin - xarici ticarət, beynəlxalq maliyyə axınları, miqrasiya və beynəlxalq xidmət ticarətinin liberallılğı ilə dövlət tənzimləməsi arasındakı tarazlığın mahiyyəti, ölçülməsi və Azərbaycan üçün alınmış bəzi nəticələrə həsr edilib. Kitabda qloballaşma və onun iqtisadi aspektlərinə, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarına və onların ölçülməsinə yeni konsep­tual yanaşma təklif olunub.

Yeni nəşr iqtisadi qloballaşma və xarici iqtisadi əlaqələrin liberallaşması, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi problemləri ilə maraqlananlar üçün faydalı mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.