Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yorulmaz dövlət xadimi
17.04.2018 08:26
  • A-
  • A
  • A+

Yorulmaz dövlət xadimi

Bu gün akademik Ramiz Mehdiyevin 80 yaşı tamam olur

Akademik Ramiz Mehdiyevin bütün həyatı və fəaliyyəti praktiki olaraq daimi seytnot vəziyyətindədir. Tanınmış dövlət xadimi 23 ildir ki, Prezident Administrasiyasının rəhbəridir. Buna qədər isə yarım əsrə yaxın müddətdə Mərkəzi Komitədə məsləhətçi vəzifəsindən Azərbaycan komsomolunun vilayət komitəsinin katibi, universitet müəllimi, rayon partiya komitəsinin katibi, Mərkəzi Komitənin elm, təşkilati-partiya şöbələrinin rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. Bu yol heç də daim irəliyə, yüksəlişə doğru olmayıb, həm də onilliklər ərzində əldə olunan mövqelərdən məcburi geri çəkilmələrlə də yadda qalıb. Həmin vaxtlar tək Azərbaycanda, SSRİ-də və sosialist məkanına daxil olan ölkələrdə deyil, bütövlükdə XX əsrin sonlarında dünyada baş verən hadisələri dərk etmək zərurəti yaranmışdı. O zaman Ramiz Mehdiyev və böyük əksəriyyətin qarşısında yol seçmək zərurəti dururdu. Üfüqdə dolaşan suverenlik eyforiyası bir vaxtlar mərkəzlə iqtisadi, elmi, mədəni əlaqələri istisna etməsi təəssüratını yaradırdı. O zaman milli özünüdərkin oyanışı dalğasında kütləyə təsir etmək iqtidarında olan hər kəs seçim qarşısında idi – ya öz baxışlarından imtina edib siyasət meydanında qalmaq, ya da siyasi arenadan gedib seçdiyin dünyagörüşünə sadiq qalmaq. Ramiz Mehdiyev seçimini hələ 1969-cu ildə, M.Y.Lomonosov adına MDU-nin fəlsəfə fakültəsinin aspiranturasında oxuyanda və müəllifi olduğu dissertasiya işinin mövzusu ilə müəyyən etmişdi. Bu mövzu millətçiliyin və opportunizmin bir-biri ilə fəlakətli bağlılığını ortaya qoyurdu. Sonralar bu xətt Ramiz Mehdiyevin həyat və fəaliyyətinin əsas leytmotivinə çevrilir - onun əsas dayağı və hər zaman üçün seçdiyi dayaq nöqtəsi olur. Məhz bu xətt onun əvvəlcə Mərkəzi Komitə katibliyindən istefasına, sonradan isə müstəqil Azərbaycan dövlətində hakimiyyətə gəlməsinə səbəb oldu. Təcrübəli partiya və dövlət xadiminin məcburi istefası müasir Azərbaycanın tarixindəki ən mürəkkəb dövrə təsadüf edirdi. O illər hakimiyyət hərc-mərcliyi, fəlakətli miqrasiya prosesləri, ərazilərin itirilməsi ilə xarakterizə olunurdu.

Bu illər Ramiz Mehdiyevə siyasətdən fiziki cəhətdən getmək imkanı verdi və o, bir müddət vaxtını elmə həsr etdi. Azərbaycan Mili Elmlər Akademiyası yanında İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışdıqdan bir neçə il sonra fəlsəfə elmləri doktoru üzrə doktorluq dissertasiyasını müdafiə etdi, sonra isə Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Fəlsəfəsi və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti seçildi. Mən kənar müşahidəçi və bu mürəkkəb dövrün canlı şahidi kimi əminəm ki, məhz bu zaman kəsiyində Ramiz Mehdiyev bizim həyatımızda baş verən bütün hadisələri aydın şəkildə analiz edə bildi. Öz yolunu müəyyən etdi və bununla da gələcək taleyini müəyyənləşdirdi. Bu seçim ilk növbədə məsuliyyət hüququ idi. Bu nəhəng məsuliyyəti akademik Ramiz Mehdiyevin üzərinə ümummilli lider Heydər Əliyev qoymuş oldu. Onu Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etdi. Ramiz Mehdiyevin həyat təcrübəsi və mövqeyi bu dövlət postundakı vəzifəsini onun sərhədlərindən kənarda belə xeyli gücləndirdi. Ramiz müəllim Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi MDB məkanında beynəlxalq və milli təhlükəsizliyin təmin olunmasında əvəzsiz xidmətlər göstərmiş oldu. Bu, radikal təhlükəli dini cərəyanların qarşısının alınması, MDB dövlətləri antiterror mərkəzlərinin işinin təkmilləşdirilməsi kimi aktual məsələlərdə özünü göstərdi. Eyni zamanda bura beynəlxalq terror təşkilatlarından gələn təhlükələrin qarşısının alınması, informasiya təhlükəsizliyinin təmin olunması üçün birgə fəaliyyət mexanizminin yaradılması işi də daxildir. Bütün bunlarla yanaşı, özünün böyük təcrübəsinə əsaslanan Ramiz Mehdiyev respublikada dinlərarası və icmalararası münasibətlər kimi incə və həssas məsələləri də həll etməyə müvəffəq oldu. Bu da bizim sakit olmayan zamanımızda Azərbaycanı sabitlik adası kimi saxlamağa imkan verdi.

Yuxarıda qeyd olunan bütün məsələlər nəinki Ramiz Mehdiyevin elmi fəaliyyətinə mane oldu, əksinə, onun bu istiqamətdəki tədqiqatlarını bir neçə dəfə artırmasına imkan verdi. Son bir neçə ildə bu fəaliyyət nəticəsində ölkənin tarix və fəlsəfə elmi zənginləşdi və bu, dünya elmi dairələrində böyük səs-küyə səbəb oldu.

Və sonuncu. Bu insanı uzun illər, hələ katib olduğu dövrdən bəri müşahidə edən biri kimi öz üzərimə belə bir məsuliyyət götürüb onun dözümlülüyünü xarakterini müəyyən edən əsas əlamət kimi göstərə bilərəm. Xaricən dəyişməz və sakit Ramiz Mehdiyev həyatının ən mürəkkəb və çətin dövründə emosiyalarının ona hakim kəsilməsinə və özünü büruzə verməsinə imkan verməyib. Deyilənləri təsdiq edən hal kimi ölkəmizin son on illik tarixinə diqqət yetirmək gərəkdir.

Bu gün Azərbaycan özünün seçkidən sonrakı inkişaf mərhələsinə daxil olub. Ölkə elminin patriarxına gələcək arzuları Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Oliver Stouna verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə başa çatdırmaq istərdim - "Mən yorulmamışam. Hələ bir müddət işləmək gərəkdir”.

Zülfüqar Fərzəliyev, AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi

"Kaspi" qəzeti, 17 aprel 2018-ci il

  • Paylaş: