www.science.az
17.04.2018 10:51

Aprelin 21-də “Oxu günü” keçiriləcək

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə “Oxu günü” keçiriləcək.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.