Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.04.2018 13:51
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı “Milli irs mükafatı”na layiq görülüb

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı “Milli irs mükafatı”na layiq görülüb

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi keçirilib.

Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə keçirilən mərasimdən öncə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev və mədəni irs” adlı fotosərgiyə baxış olub.

Tədbirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il Beynəlxalq abidələr və tarixi yerlər gününün ölkəmizdə geniş şəkildə qeyd olunduğunu, paytaxtda və bölgələrdə müxtəlif tədbirlərin təşkil edildiyini söyləyib. Bildirib ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən həm ölkə daxilində, həm də xaricdə silsilə layihələr həyata keçirilir.

Ə.Qarayev, həmçinin ötən ay Bərdə rayonunda yerləşən “Allah-Allah” türbəsi və Torpaqqala kompleksinin, o cümlədən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”ın əsaslı şəkildə bərpa olunduqdan sonra istifadəyə verildiyini bildirib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova isə çıxışında tarixi abidələrin mühafizəsinə diqqət göstərməyin hər bir vətəndaşın borcu olduğunu deyib.

Daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis etdiyi “Milli irs mükafatı” bu sahə üzrə fərqlənmiş tədqiqatçılara təqdim olunub.

Azərbaycanın mədəni irs abidələrinin tədqiqində xidmətlərinə görə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev “Milli irs mükafatı”na layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: