Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb
20.04.2018 10:19
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 20 aprel 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA-da elan olunan müsabiqə haqqında, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə Lənkəran Dövlət Universiteti arasında imzalanan memorandum, akademiyanın Gəncə və Şəki bölmələrində baş tutan iclaslar, Riyaziyyat və Mexanika İnstitutunda dissertasiya işinin müdafiəsi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin Abşeron rayonu Saray qəsəbəsində inşa edilən “Science City” yaşayış kompleksində tikinti işləri ilə tanış olması, amerikalı alimlərin Respublika Seysmoloji Xidmət Mərkəzini ziyarət etməsi və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Elmi inkişaf əsas prioritetlərdən biridir", "Tariximizin yeni günü - "Elm günü", "Qısa İslam ensiklopediyası", "Zərgər dəqiqliyini tələb edən əmək", "Terrorçuluğun milliyəti və dini mənsubiyyəti yoxdur", "Əbədiyaşar "Molla Nəsrəddin" və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Во имя устойчивого развития», «В силу характера», «Высокая государственная награда», «В Президиуме Академии наук», «Память в людских сердцах», «Храмы нашей памяти», «Право на репутацию», «"Приехали!" или десять наивных вопросов о космосе» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: