Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiya nəşr olunub
25.04.2018 09:52
  • A-
  • A
  • A+

“Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiyası işıq üzü görüb.

Yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri professor Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əsgərovadır.

Monoqrafiyada Azərbaycanın zəngin folklor nümunələri digər türk xalqlarının folklor nümunələri ilə müqayisə olunur. Nəşrdə, həmçinin ortaq dastanlara, atalar sözlərinə, bayatılara, tapmacalara, laylalara, alqış və qarqışlara aid nümunələrin oxşar və fərqli cəhətləri təhlil edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: