Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə həsr olunan kitab işıq üzü görüb
26.04.2018 08:15
  • A-
  • A
  • A+

Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə həsr olunan kitab işıq üzü görüb

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin "Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması" kitabı çapdan çıxıb.

Vəsait Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına əsasən işıq üzü görüb.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru Rahid Ulusel, rəyçiləri - AMEA-nın müxbir üzvü Musa Qasımlı və fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.

Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi yalnız alman köçkünlərinin Qafqazda və Azərbaycanda taleyinin necə olduğuna deyil, həm də mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsinin, milli şüurun inkişafı və Azərbaycan fəlsəfi ədəbiyyatında multikulturalizm adlandırılan bütöv bir fenomenin ona təsir etməsi məsələlərinə maraq doğurub.

Kitab fəlsəfə və tarix, fəlsəfə və kulturologiyanın qovuşuğunda, Azərbaycandakı alman icmasının təcrübəsinin dərk edilməsi, onun hansı sahələrdə və necə istifadə oluna bilməsi mümkünlüyünün təhlili əsasında yazılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: