Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.04.2018 07:45
  • A-
  • A
  • A+

Pakistan Dövlət Kolleci Universitetinin tələbələrinə Azərbaycan elmi haqqında məlumat verilib

Pakistan Dövlət Kolleci Universitetinin tələbələrinə Azərbaycan elmi haqqında məlumat verilib

Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Pakistan İslam Respublikasında ezamiyyətdə olub.

O, səfər çərçivəsində Pakistan Dövlət Kolleci Universitetini (GCU) ziyarət edib. Burada azərbaycanlı alimə müəssisənin tarixi barədə məlumat verilib, həmçinin görkəmli filosof Məhəmməd İqbala aid olan “İqbal otağı”na baş çəkilib.

K.Bünyadzadə universitetin Urdu bölməsində keçirilən dərsdə GCU-nun professoru Tabassum Kaşmiri ilə “Hansı əsərlər tərcümə edilməlidir?” mövzusunda müzakirələr aparıb. Alimlər gənc nəslin maariflənməsi və özünüinkişafı istiqamətində xarici əsərlərin əhəmiyyətindən bahs ediblər.

Dərsin ikinci hissəsində K.Bünyadzadə "Azərbaycan Respublikasının əsas ideoloji prinsipləri, elmi və mədəni xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib. Alim Sovet və post-sovet dövrünün Azərbaycan mədəniyyətinə təsirləri haqqında tələbələrin suallarını cavablandırıb.

Azərbaycanlı filosof daha sonra GCU-nun Fəlsəfə bölməsinin rəhbəri Sobia Tahirlə görüşüb, fakültənin dərs proqramı və tədqiqat mövzuları ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: