Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.05.2018 13:23
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyevin Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib

Akademik Vaqif Fərzəliyevin Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib. Belə ki, akademikə sözügedən quruma üzvlüyü təsdiq edən döş nişanı, sertifikat, üzvlük vəsiqəsi və möhür təqdim olunub.

Oksford Akademiyasının Ekspertlər Şurası V.Fərzəliyevin tədqiqatlarının müasir cəmiyyətdə elm və istehsalın inteqrasiyasının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək belə bir qərar qəbul edib. Bu üzvlük akademikin elmi fəaliyyətinin Avropada, ümumən bütün dünyada daha da tanıdılmasına, həmçinin cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərilə bağlı məlumatlamdırmağa imkan yaradacaq.

Qeyd edək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı memorandum dünyanın 30 ökəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkşafı üçün alimlərin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: