Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi Radiasiya Problemləri İnstitutunda olub
01.05.2018 15:38
  • A-
  • A
  • A+

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi Radiasiya Problemləri İnstitutunda olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Departamentinin Azərbaycan üzrə meneceri Katya Dufre AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə radioaktiv Co-60 mənbələrinin Azərbaycana idxalı, onların Co-60 mənbəyinə yüklənməsi və çıxarılmış köhnə mənbələrin “İzotop” xüsusi kombinatına təhvil verilməsi kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, RPİ-nin İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsində 1969-cu ildən istifadə edilən Co-60 mənbəyinin AEBA-nın "Texniki Əməkdaşlıq" proqramı çərçivəsində yüklənməsi həyata keçiriləcək.

Azərbaycan Respublikası ilə AEBA arasında bağlanmış "Azərbaycanda radiasiya texnologiyalarının inkişafı və genişləndirilməsi" adlı Milli Layihə çərçivəsində 7 kCi aktivliyində radioaktiv Co-60 mənbələrinin RPİ-nin İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsində istifadəsi üçün ölkəmizə idxalı planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: