Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2018 07:18
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində yad edilib

Ulu öndər Heydər Əliyevin xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində yad edilib

Mayın 7-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışıb. Bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi yüksəlişinin təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması böyük siyasi və ictimai xadimin səyləri nəticəsində mümkün olub. N.Vəlixanlı, həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyəti qeyd edilib.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək dahi liderin ölkəmizdə insan hüquqlarının bərpası sahəsindəki fəaliyyətdən bəhs edib, ulu öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquqlarının ardıcıl və sistemli inkişafının özülü qoyulub, hüquqların təmini məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul edilib, fərman və sərəncamlar imzalanıb.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev isə çıxışında görkəmli siyasi xadim Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına çevrilməsindəki fəaliyyəti haqqında məlumat verib.

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Azərbaycanda ictimai-siyasi sabitliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında ulu öndərin əvəzsiz xidmətlərini qeyd edib, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin daha dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.

Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filmi nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: