Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın riyaziyyatçı alimləri Rusiyada beynəlxalq tədbirdə iştirak ediblər
08.05.2018 12:06
  • A-
  • A
  • A+

Azərbaycanın riyaziyyatçı alimləri Rusiyada beynəlxalq tədbirdə iştirak ediblər

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin institutun Riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev Rusiyanın Rostov vilayətində keçirilən "Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri” mövzusunda VIII beynəlxalq konfransda iştirak ediblər.

Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü V.Quliyev "Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipschitz funksiyaları ilə xarakteristikası" mövzusunda məruzəsini təqdim edib. Alim, həmçinin konfransın “Funksional analiz və operatorlar nəzəriyyəsi” seksiyasına rəhbərlik edib.

Beynəlxalq tədbirdə AMEA-nın professoru R.Bəndəliyev isə "Dəyişən dərəcəli Lebeq fəzalarında Hausdorf operatoru" mövzusunda məruzə ilə çıxış edib.

Alimlər səfər çərçivəsində Yaponiya, İsrail, Rusiya və digər ölkələrin tanınmış alimləri ilə görüşüb, elmi diskussiyalar aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: