Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda konfrans keçiriləcək
10.05.2018 14:19
  • A-
  • A
  • A+

“Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda konfrans keçiriləcək

11 may 2018-ci il tarixində saat 10:00-da AMEA-nın Əsas binasında “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Mayın 14-dək davam edəcək konfransın təşkilatçıları AMEA-nın Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya Coğrafiyaçı İctimaiyyətçilərinin Assosiasiyası və AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasıdır.

Tədbirdə Türkiyə, Rusiya, Polşa, Fransa, Serbiya və Çindən 50-yə yaxın alim və mütəxəssis iştirak edəcək.

“Azərbaycanda və Rusiyada XXI yüzillikdə ictimai coğrafiyanın inkişaf faktorları, tendensiyaları və prioritetləri”, “Azərbaycan və Rusiya müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdə”, “İctimai-coğrafiya sistemlərinin dinamikası və ərazi planlaşdırılması”, “Ekoloji təhlükəsizliyin ictimai-coğrafi aspektləri”, “Müasir ictimai-coğrafi proseslərdə landşaft fenomeni” və digər prioritet mövzular konfransda müzakirə ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pr.115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: