Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
11.05.2018 14:25
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Funksional analiz şöbəsinin baş elmi işçiləri, professorlar - Vəli Qurbanov və Araz Əliyev Moskvada Rusiya Elmlər Akademiyasının akademiki V.A.İlyinin 90 illik yubileyinə həsr olunan “Sərhəd məsələləri nəzəriyyəsinin müasir üsulları” adlı beynəlxalq konfransda iştirak ediblər.

Konfransın plenar iclasında B.Bilalov “Həyəcanlanmış triqonometrik sistemlərin bazislik xassələrinin isbatı üçün sərhəd məsələsi metodu və onun ümumiləşməsi”, professor Vəli Qurbanov “Adi diferensial operatora uyğun biortoqonal sıranın mütləq və müntəzəm yığılması” və professor Araz Əliyev “Təkrarlanan xarakteristikalı bir sinif üçtərtibli operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin tənlik əmsalları ilə ifadə olunan həllolunma şərtləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Alimlər səfər çərçivəsində akademik Yevgeni Moiseyev, professorlar - Kamil Sabitov, Anatoliy Sedletskiy, Ziqanur Fazullin, Andrey Şkalikov, Aleksandr Soldatovla elmi müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: