Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
14.05.2018 14:43
  • A-
  • A
  • A+

“Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

Mayın 25-də saat 12:00-da AMEA Hüseyn Cavidin Ev Muzeyində bu qurumun və Abdulla Şaiqin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunacaq tədbirdə dahi mütəfəkkirlər Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığından bəhs ediləcək.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 26

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: