Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsinin alimləri beynəlxalq simpoziumda iştirak ediblər
21.10.2013 00:00
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin alimləri beynəlxalq simpoziumda iştirak ediblər

25-27 sentyabr 2013-cü il tarixlərdə Türkiyənin Əhlət, Bitlis və Tatvan şəhərlərində II Beynəlxalq Əhlət-Avroasiya Mədəniyyət və Sənət simpoziumu keçirilib. Bitlis Eren Universiteti, Bəlli Mədəni Araşdırmalar Mərkəzi və Əhlət Mədəniyyət və Təhsil Vəqfinin birgə təşkilatçılığı ilə keçirilmiş beynəlxalq simpoziumda müxtəlif nüfuzlu elm və tədqiqat mərkəzlərini, universitetləri təmsil edən alimlər iştirak ediblər.   

Simpoziumda məruzələrlə çıxış edən AMEA Naxçıvan Bölməsi əməkdaşları -  AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvan və  Şərqi Anadolu ərazilərində Orta tunc dövrü mədəniyyəti”, filologiya üzrə fəlsəfə doktoru Məhsəti İsmayıl “Mifo-poetik düşüncə - Şərqi Anadolu və Azərbaycanın ortaq inanc mədəniyyəti”, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Şərqi Anadolu və Azərbaycan şifahi xalq ədəbiyyatında uşaqların tərbiyəsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Kültəpə və ətrafındakı inanc yerləri”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi İlhami Əliyev “XVI-XVIII əsrin əvvəllərində Azərbaycanın Naxçıvan bölgəsinin ticarət əlaqələri”, institutun kiçik elmi işçisi Elnur Kəlbizadə  “Azərbaycan Atabəyləri (Eldənizlər) dövründə Naxçıvan diyarı şəhərləri və qalalarının tarixi-coğrafiyası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşları -  filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli “Əhlət – Əhlət daşımızdır”, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qəmbərova “Əhlətin tarixi və memarlıq dəyəri olan məzar daşlarının bəzək naxışları” mövzularında apardıqları tədqiqatlardan danışıblar.   

Beynəlxalq simpoziumun sonuncu günü iştirakçılar Əhlətin tarixi məkanları – Əhlət-Səlcuqlu məzarlığı və bir sıra tarixi türbələrlə tanış olublar.   

Qeyd edək ki, tədbirdə Azərbaycanın digər universitet və elm mərkəzlərinin təmsilçiləri də iştirak ediblər.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: