Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2018 11:02
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin büro iclasında bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub

İctimai Elmlər Bölməsinin büro iclasında bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub

Mayın 17-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Əvvəlcə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdə duran məsələlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, bugünkü iclasda bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunacaq.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, Arxeologiya və Etnoqrafiya İnstitutunun yeni Elmi şurasının təsdiq edilməsi məsələlərinə baxılıb. Bundan başqa, bölmə tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyevanın həmin institutun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru Südabə Hüseynovanın isə Qafqazşünaslıq İnstitutunun elmi katibi vəzifəsinə təyin edilmələri barədə qərar qəbul edib.

İclasda, həmçinin AMEA-nın müxbir üzvləri Qara Əhmədovun və Ağasəlim Ələsgərovun 90, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin isə 70 illik yubileylərinin qeyd olunması məsələsi müzakirə olunub. Bu il Naxçıvanda keçiriləcək tanınmış tarixçi-etnoqraf Hacı Qadir Qədirzadənin 70 illiyinə həsr olunan tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının da iştirakı qərara alınıb.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: