Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Problemləri  üzrə Elmi Şuranın iclasında 24 dissertasiya mövzusu müzakirə edilib
18.05.2018 11:39
  • A-
  • A
  • A+

Tarix Problemləri üzrə Elmi Şuranın iclasında 24 dissertasiya mövzusu müzakirə edilib

Mayın 18-də Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri  üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə şuranın sədri, akademik Şahin Mustafayev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Alim şuranın əsas fəaliyyət istiqamətinin ölkənin müxtəlif elmi müəssisələrində tarix elmi sahəsində tədqiq olunan problemlərin aktuallığı və elmi dəyərinə, xüsusilə dissertasiya mövzularının müasir tələblərə cavab verməsinə nəzarət olduğunu vurğulayıb. Qeyd edib ki, şura bu sahədə fəaliyyətini gücləndirməli, tarix elmi qarşısında duran və tədqiqinə ehtiyac olan prioritet problemlərin və mövzuların müəyyənləşdirilməsinə diqqəti artırmalı, həmçinin gənc alimlərə tövsiyyələrini bildirməlidir.

Daha sonra şuraya təqdim edilən dissertasiya mövzularının geniş müzakirəsi aparılıb.

İclasda vətən tarixi, ümumi tarix, arxeologiya, etnoqrafiya və etnologiya, beynəlxalq münasibətlər tarixi, ölkələr tarixi, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq kimi ixtisaslar üzrə təqdim olunmuş 24 dissertasiya mövzusu müzakirə olunub. 7-si elmlər doktorluğu, 17-si isə fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla sənəd təqdim edən iddiaçıların dissertasiya mövzularının adı dəqiqləşdirilib, gənc alimlərə dəyərli tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: