Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.05.2018 14:09
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə qara qızılın rolu” mövzusunda “dəyirmi masa” keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə qara qızılın rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qara qızılın rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub.

İclası kollecin direktor müavini Hüseyn Hüseynov açaraq 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb və Cümhuriyyət dövrü tarixinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Sonra fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun “Cümhuriyyəti ili” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, qonaqları təqdim etdikdən sonra iştirakçıları açıq müzakirələrə qatılmağa dəvət edib.

Tədbirdə Neft və Qaz İnstitutunun Gənc alim və Mütəxəssislər Şürasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova “Cümhuriyyət dövründə neftin dünəni, bu günü və sabahı”, sədr müavini Yeganə Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesinin inkişafı”, gənc mütəxəssislər – Naidə İskəndərqızı “İlk neft çıxarılma üsulu”, Zəhra Xanbutayeva “Cəmiyyətin inkişafında neftin rolu”, Aysel Məmmədova “Neft texnologiyasının inkişaf mərhələləri” və Elnarə Ağayeva “İkinci dünya müharibəsində Azərbaycanın neft amili” mövzusunda çıxış ediblər.   Qeyd olunub ki, neft amili Cümhuriyyət dövründə hökumətin fəaliyyətində ciddi problemlərə səbəb olub, xarici dövlətlərin “qara qızıla” olan maraqları nəticəsində müstəqilliyimiz təhlükə altına düşüb. Məruzələrdə, həmçinin Azərbaycanın müstəqillik qazandıqdan sonra yeraltı sərvətlərindən düzgün istifadə olunduğu bildirilib, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan neft strategiyasının xalqımız və dövlətimiz üçün faydasından danışılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: