Xırdalan şəhəri 6 saylı tam orta məktəbin X və XI sinif şagirdləri fizika aylığı çərçivəsində AMEA-nın Fizika İnstitutunda olublar.
Elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan səfərdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, o cümlədən onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.
Fizika İnstitutunun alimləri məktəblilərlə görüşdə elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə məlumat veriblər.
Görüş ərzində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.