Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Biznes İnkubasiya Mərkəzində (BİM) startapçılarla görüş keçirib.
Tədbiri YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev açaraq BİM-in yaradılması və inkişaf etdirilməsi, inovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib.
Sonra çıxış edən BİM-in müdiri Vüsal Süleymanlı biznes inkubatorların startapların dəstəklənməsində və inkişafında rolunundan danışıb.
Görüşdə, həmçinin bir sıra startaplar - “RainEnergy”, "ANİMEDU”, "Hello Baku”,"11 Delivery", "My Engineer Mentor" və digər layihələr barədə təqdimatlar edilib.
Sonda akademik İbrahim Quliyev startap komandalarına öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.