Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2018 14:58
  • A-
  • A
  • A+

Tarix Muzeyində Şahsuvarovlar nəslinin üç varisinə həsr olunan tədbir keçirilib

Tarix Muzeyində Şahsuvarovlar nəslinin üç varisinə həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şahsuvarovlar nəslindən üç varis” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova çıxış edərək "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında ölkə başçısının Sərəncamını xatırladıb. O, Mürsəl bəy, Surxay bəy və  Nurməmməd bəy Şahsuvarovlar nəslinin öyrənilməsinin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün tədqiqi baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra jurnalist Vəsilə Şahsuvarlı, t.ü.f.d. Ələmdar Şahverdiyev, Mürsəl bəyin böyük qızı, t.e.d. Vera Şahsuvarlı, t.ü.f.d. Oruc Şahsuvarov, “Pillələr” qəzetinin baş redaktoru Şöhrət Abbasov və aktyor Rauf Şahsuvarlı çıxış edərək Şahsuvarovlar nəslinin tarixi, AXC dövrü və tələbələri, sovet dövründə onların uğradıqları repressiyalar barədə ətraflı məlumat veriblər.

Tədbirdə, həmçinin mövzu ilə bağlı elektron slayd və sənədlər təqdim olunub.

Sonda bədii hissə nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: