Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçiriləcək
30.05.2018 10:59
  • A-
  • A
  • A+

“Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçiriləcək

9 iyul 2018-ci il tarixində AMEA-nın Əsas binasında Nizami Gəncəvi adına ƏdəbiyyatFolklor institutlarının təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Konfransda folklorda dövlətçilik ənənələrinin təzahürü, folklorda milli dövlətçilik etiketləri, milli bayramlar, folklorda etnosun total davranış formulu və özünütəşkiletmə modelləri, folklor və qanunvericilik və digər məsələlər müzakirə ediləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin xülasəsini 20 iyun 2018-ci il tarixi​nə qədər cumhuriyyet.folklor@mail.ru elektron poçt ünvanına göndərə bilərlər. Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 27 iyun 2018-ci il tarixinədək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək. 

Məruzələrin tam mətni konfrans gününə kimi təqdim edilməlidir.

Məruzələrin tərtibinə dair qaydalar:

- Xülasələr 150-200 sözdən ibarət olmalıdır;

- Xülasə və məqalələr e-mail ilə göndərilməlidir;

- Microsoft Office Word, kağız A4;

- Səhifə qaydası - üst 2,5, alt 2,5, sağ 2,5, sol 2,5;

- Başlıq 12 şrift ölçüdə, yağlı;

- Məruzə 12 şrift ölçüdə;

- İnterval 1,5.

- İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda gös­tərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazıl­ma­lı­dır. “Qaynaqlar”dan sonra üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar söz­lər verilməlidir;

- Ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.

Konfrans haqqında məlumatı və anket formasını www.folklor.az saytından əldə etmək olar.

Ünvan: Bakı ş., İçərişəhər, 8-ci Kiçik qala, 31 (Folklor İnstitutu).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: