www.science.az
01.06.2018 15:03

Kavli mükafatının sahiblərinin adları açıqlanıb

Norveç Elmlər Akademiyası astrofizikaya, nanotexnologiyalar və nevrologiya sahələrindəki mühüm nailiyyətlərə görə təqdim olunan Kavli mükafatının sahiblərinin adlarını açıqlayıb.

runews24.ru saytı xəbər verir ki, astronomiya sahəsində Kavli mükafatına ulduzlararası məkanında kimyəvi və fiziki proseslərin araşdırılması işinə görə Hollandiyadan Evine van Disxuk layiq görülüb.

Nanotexnologiyalar sahəsində sözügedən mükafat DNT CRISPR/Cas9 redaktə metodikasının işlənməsinə görə Emmanuel Şarpantye, Cenifer Dudna və Virqinius Şikşinsin daxil olduğu beynəlxalq alimlər komandasına təqdim olunacaq.

Nevrologiya sahəsindəisə  bu mükafata eşitmənin molekulyar və neyron mexanizmlərinin ixtirasına görə Ceyms Hadspet, Robert Fettipleys və Kristin Peti layiq görülüblər.

Qeyd edək ki, iki ildən bir verilən Kavli mükafatı 2007-ci ildə norveçli xeyriyyəçi Fred Kavli tərəfindən təsis edilib. Mükafatlandırma mərasimi ənənəvi olaraq sentyabrda Osloda keçirilir. Qaliblərə medal və bir milyon dollar məbləğində pul mükafatı təqdim edilir.