Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Zoologiya İnstitutunun nəzdindəki Zooloji Muzeydə “Açıq qapı” günü elan olunur
05.06.2018 11:00
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun nəzdindəki Zooloji Muzeydə “Açıq qapı” günü elan olunur

AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Açıq qapı” günü elan olunur.

“Açıq qapı” günündə paytaxt sakinləri və şəhərimizin qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Zooloji Muzey saat 17:00-dək fəaliyyət göstərəcək. 

Qeyd edək ki, 1972-ci ildə BMT-nin Baş Assambleyasının iclasında təsis edilmiş Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü hər il bir deviz altında keçirilir. Bu günün cari ildəki şüarı “Plastik çirklənməyə zərbə”dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: